Dərman vasitələrinin təhlükəsizliyinin davamlı monitorinqi, əlavə təsir məlumatlarının toplanması və qiymətləndirilməsi, PSUR, RMP, PSMF və digər farmakonəzarət sənədlərinin hazırlanması, eləcə də tənzimləyici orqanlarla əlaqələrin idarə olunması üzrə kompleks xidmətlər təqdim edirik.
Yerli və xarici istehsalçıların dərman vasitələrinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması, qeydiyyat sənədlərinin hazırlanması, ekspertiza proseslərinin müşayiəti və tənzimləyici orqanlarla peşəkar kommunikasiya xidmətləri.
Bioloji aktiv qida məhsullarının dövlət qeydiyyatına alınması, normativ tələblərə uyğun sənədlərin hazırlanması, tərkib, etiket, qablaşdırma və istifadə qaydalarının qiymətləndirilməsi, eləcə də qeydiyyat prosesinin peşəkar müşayiəti üzrə xidmətlər təqdim edirik.
Tibbi vasitələrin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin hazırlanması, texniki və uyğunluq sənədlərinin qiymətləndirilməsi, ekspertiza proseslərinin müşayiəti və tənzimləyici tələblərə uyğun peşəkar dəstək təqdim edirik.
Aptek, klinika, tibbi mərkəz, anbar və digər səhiyyə obyektlərinin lisenziyalaşdırma, sanitariya-gigiyena və normativ tələblərə uyğun layihələndirilməsi, texniki planların hazırlanması və prosesin peşəkar müşayiəti.
Kabinetdən istifadə etmək üçün xahiş edirik, bizimlə əlaqə saxlayasınız.
Hər növ əczaçılıqa aid xidmətlər həyata keçirilir
Makromed şirkəti olaraq hər bir müştəriyə xüsusi yanaşırıq
İlkin məlumatları biz sizə təmənnasız izah etməyə hazırıq
MAKROMED MMC şirkəti Azərbaycan Respublikasında dərman vasitələrinin qeydiyyatı, yenidən qeydiyyat və qeydiyyat sənədlərinə olan dəyişikliklərin qeydə alınmasına dair peşəkar...
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) ölkə ərazisində satışına, yalnız Dövlət Qeydiyyatına alındıqdan sonra icazə...
Makromed LLC həmçinin aşağıdakı xidmətləri təklif edir. Əczaçılıq bazarının araşdırılması: Makromed MMC etibarlı statistik mənbələrə əsaslanaraq Azərbaycan əczaçılıq...
Layihələndirmə müəssisənin lisenziya alması və effektiv fəaliyyəti üçün həlledici mərhələdir. Tibb və əczaçılıq müəssisələrinin layihələndirilməsi mürəkkəb və məsuliyyətli...
Tibb vasitələrinin Azərbaycanda qeydiyyatı Makromed MMC tibb vasitələrinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması, yenidən qeydiyyatı və qeydiyyat sənədlərində...
Buradan dərman vasitələrinin və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumat verə bilərsiniz.Daha sonra uyğun olan bəndi seçərək növbəti səhifəyə keçid əldə edin. Xahiş edirik məlumatları mümkün qədər tam doldurun.
Haqqımızda MAKROMED MMC 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən, əczaçılıq, tibb və tənzimləyici konsaltinq sahəsində ixtisaslaşmış peşəkar şirkətdir. Biz yerli və beynəlxalq müştərilərə dərman vasitələri, tibb vasitələri, bioloji aktiv qida əlavələri və kosmetik məhsullar üzrə qeydiyyat və yenidən qeydiyyat, farmakonəzarət, GMP/GDP/GxP uyğunluğu, lisenziyalaşdırma, tibbi layihələndirmə, bazara çıxış və post-market proseslərində kompleks dəstək göstəririk. Makromed-in xidmət modeli məhsulun və ya layihənin ilkin qiymətləndirilməsindən başlayaraq tənzimləyici strategiyanın hazırlanması, sənəd paketinin formalaşdırılması, ekspertiza proseslərinin müşayiəti, aidiyyəti qurumlarla peşəkar kommunikasiya və nəticəyönümlü icraya qədər b
Postmarketinq fazasında farmakonəzarət - məlumatların təhlükəsizlik problemlərini müyyən edib istifadəsində düzəlişlərə rəhbərlik edərək dərmanların inkişafına dəstək olur.
Bəli, dərman vasitəsinin keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə dair istənilən məlumatlar istehlakçılar üçün dərman vasitəsinin istifadəsi üzrə təlimatda öz əksini tapmalıdır.
Bazarda dərman və tibbi məhsulların təhlükəsizliyinin monitorinqinin təmin edilməsi, əlavə təsirlərin aşkarlanması və aradan qaldırılması, xəstələr üçün risklərin minimuma endirilməsi üçün farmakonəzarət çox vacibdir.
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən dərman vasitəsin dövlət qeydiyyatı ekspertizası ilkin və ixtisaslaşdırılmış ekpertizası olmaqla iki mərhələdən ibarətdir.
Bəli. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”na müvafiq olaraq ölkə xaricində istehsal olunan hər bir dərman vasitəsi müvafiq salahiyyətli orqana təqdim olunmalı və ölkəyə idxalına icazə verən qeydiyyat vəsiqəsi sənədi ilə təmin olunmalıdır.
“Optimal qidalanma sabahın dərmanıdır”
"Tibb və kənd təsərrüfatındakı inkişaflar tarix boyu baş vermiş bütün müharibələrdə ...
"Hər şey zəhərlidir. Əsas məsələ onun dozadır."
“Ən böyük dərman hər kəsə onu ehtiyac hiss etdirməməyi öyrətməkdir.”
"Tibb yalnız elmi deyil, həm də incəsənətdir. O, yalnızca dərman və sarğıları hazırlama...
“Harada tibb sənətinə sevgi varsa, insanlığa da məhəbbət var."
“Gülüş ən ucuz və ən effektiv möcüzə dərmanıdır. Gülüş universal dərmandır”.
"Ən böyük dərman, insanlara ona ehtiyac olmamağı öyrətməkdir."