Layihələndirmə müəssisənin lisenziya alması və effektiv fəaliyyəti üçün həlledici mərhələdir.
Tibb və əczaçılıq müəssisələrinin layihələndirilməsi mürəkkəb və məsuliyyətli prosesdir ki, bu da müəssisənin lisenziya alması və səmərəli fəaliyyətiniт təmin etməsi üçün həlledici mərhələdir. Əsas problem texnologiyanın mürəkkəbliyi, eləcə də otaqların quruluşunun sanitar-gigiyenik tələblərə və yanğın təhlükəsizliyi standartlarına uyğunluğudur. Dizayn edərkən xidmətlərin genişləndirilməsi və sahələrin əlavə olaraq avadanlıq və mebel ilə təchiz edilməsi imkanlarını nəzərə almaq vacibdir.
Tibb və əczaçılıq müəssisələrinin layihələndirilməsi prosesində binanın funksional məqsədi nəzərə alınmalıdır. Buna əsasən müəyyən edilir:
• binanın mərtəbələrinin sayı;
• bölmələrin tipi və sayı;
• texniki otaqların planlaşdırılması;
• mühəndis və kommunikasiya sistemlərinin yerləşməsi;
Dizayn hazırlayarkən mütəxəssislərimiz ən müasir konstruktiv həllərdən və mühəndislik dəstəyindən istifadə edirlər. Bu, səhiyyə müəssisələrinin layihələndirilməsi və tikintisi üçün ciddi tələblərə riayət etməklə ən mürəkkəb vəzifələri uğurla həyata keçirməyə imkan verir. İstənilən tibb və əczaçılıq müəssisəsinin dizayn layihəsi ziyarətçilərin və pasiyentlərin, eyni zamanda personalın maraqları və rahatlığı nəzərə alınmaqla hazırlanmalıdır. İstifadə olunan bütün materiallar, həmçinin avadanlıq, mebel və işıqlandırma cihazlarının uyğunluq sertifikatı olmalıdır.
Makromed şirkəti aşağıdakı müəssisələr üçün dizayn xidmətləri göstərir:
Aşağıdakı məsələlərdə də sizə kömək edə bilərik:
Makromed şirkəti müxtəlif profilli və ölçülü tibb və əczaçılıq müəssisələri üçün peşəkar dizayn xidmətləri göstərir. Biz normativ tələbləri və texnologiyada daimi dəyişiklikləri nəzərə alaraq iri tibb klinikaları, diaqnostika mərkəzləri, əczaçılıq istehsalat müəssisələri, eləcə də ayrı-ayrı tibb kabinetləri və apteklər üçün layihələr həyata keçiririk.
Bizim komandamızda böyük təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər çalışır: memarlar, dizaynerlər, mühəndislər, həkimlər, əczaçılar müştərinin tələblərinə ciddi riayət etməklə onlara tapşırılan bütün vəzifələri tez və peşəkarlıqla həll edəcəklər.
Bizimlə əlaqə saxlasanız, alacaqsınız:
Müştərinin istəyi əsasında, mövcud milli və beynəlxalq qanunvericilik nəzərə alınmaqla peşəkar layihə hazırlanır.
Xüsusilə qeyd etmək lazımdır ki, biz işimizə mümkün qədər məsuliyyətlə yanaşırıq və buna görə də sifarişlərin yerinə yetirilməsi üçün razılaşdırılmış müddətlərə əməl edirik və bütün növ xidmətlərə zəmanət veririk. Müştəri lisenziyaların və digər icazələrin alınmasında tam dəstək alır.
Biz hər zaman yeni tibb və ya əczaçılıq müəssisəsinin tikintisinin bütün mərhələlərində peşəkar yardım göstərməyə və maraq doğuran bütün məsələlər üzrə ixtisaslı məsləhətlər verməyə hazırıq!