• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman Vasitələrinin Qeydiyyatı
    • BAQM qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

AQTA Qurban bayramı ilə bağlı brifinq keçirib

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. AQTA Qurban bayramı ilə bağlı brifinq keçirib

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
AQTA Qurban bayramı ilə bağlı brifinq keçirib

AQTA Qurban bayramı ilə bağlı brifinq keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq keçirib. 20-yə yaxın media nümayəndəsinin iştirak etdiyi brifinq bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində görülən işlər, həmçinin qurbanlıq heyvan kəsimi və satışı ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil edilib.

Brifinqdə bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Onlardan 80-də qurbanlıq heyvanların kəsimi və satışı, 46-da yalnız satışı, 12-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim ediləcək. Bununla yanaşı, bir sıra regionlarda Agentliklə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Bu çərçivədə bu il ilk dəfə olaraq işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb.

Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumat veriləcək. Vətəndaşların sözügedən ticarət şəbəkələrinin ünvanlarını əvvəlcədən öyrənə bilmələri üçün AQTA-nın saytında xüsusi link də yerləşdirilib.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda göstərilən xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, brifinqdə Azərbaycanda baytarlıq xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, eləcə də baytarlıq və heyvan mənşəli məhsulların xarici bazarlara çıxarılması sahəsində əldə olunan uğurlar barədə də məlumat verilib. Eyni zamanda qurbanlıq heyvanların kəsimi və satışına ictimai nəzarətin təmin edilməsinin vacibliyi və bayram günlərində laboratoriyaların gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəyi haqqında danışılıb.  Eləcə də Qurban bayramında 7 aylıqdan yuxarı yaşda olan erkək xırdabuynuzlu heyvanların kəsiminin həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Onu da bildirək ki, AQTA əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media nümayəndələri ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu istiqamətdə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman Vasitələrinin Qeydiyyatı
  • BAQM qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə