Makromedə xoş gəlmisiniz

Haqqımızda

MAKROMED MMC 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən, əczaçılıq, tibb və tənzimləyici konsaltinq sahəsində ixtisaslaşmış peşəkar şirkətdir. Biz yerli və beynəlxalq müştərilərə dərman vasitələri, tibb vasitələri, bioloji aktiv qida əlavələri və kosmetik məhsullar üzrə qeydiyyat və yenidən qeydiyyat, farmakonəzarət, GMP/GDP/GxP uyğunluğu, lisenziyalaşdırma, tibbi layihələndirmə, bazara çıxış və post-market proseslərində kompleks dəstək göstəririk.

Makromed-in xidmət modeli məhsulun və ya layihənin ilkin qiymətləndirilməsindən başlayaraq tənzimləyici strategiyanın hazırlanması, sənəd paketinin formalaşdırılması, ekspertiza proseslərinin müşayiəti, aidiyyəti qurumlarla peşəkar kommunikasiya və nəticəyönümlü icraya qədər bütün əsas mərhələləri əhatə edir. Məqsədimiz yalnız sənəd hazırlamaq deyil, müştərilərimizin layihələrinə tənzimləyici dəqiqlik, praktik yanaşma və uzunmüddətli dəyər qazandırmaqdır.

Şirkətimiz klinikalar, poliklinikalar, tibb mərkəzləri, dərman depoları, əczaçılıq anbarları və qida əlavəsi istehsal obyektləri üzrə tibbi layihələndirmə və lisenziyalaşdırma proseslərində də peşəkar həllər təqdim edir. Bu istiqamətdə funksional zonalaşdırma, texnoloji axınlar, normativ tələblər, sənədləşmə və fəaliyyətə başlamaq üçün tələb olunan hazırlıq mərhələləri vahid konsaltinq yanaşması ilə idarə olunur.

Makromed-in əsas üstünlüklərindən biri dərman vasitələrinin qeydiyyatı və farmakonəzarət proseslərinin idarə olunması üçün tətbiq etdiyi Azərbaycanda ilk və unikal ixtisaslaşmış proqram təminatıdır. Bu rəqəmsal sistem qeydiyyat mərhələlərinin, sənədlərin, tapşırıqların, icra müddətlərinin və proses statuslarının daha şəffaf, sistemli və izlənilə bilən formada idarə edilməsinə imkan yaradır.

Makromed həmçinin www.makromedicine.com platformasını inkişaf etdirir. Bu platforma əczaçılıq və tibb sahəsində daha geniş rəqəmsal ekosistem yaratmaq məqsədi daşıyır. Makromedicine.com dərman vasitələri, tibb vasitələri, qida əlavələri, istehsalçılar, distribyutorlar, tənzimləyici proseslər və bazar məlumatları üzrə peşəkar, strukturlaşdırılmış və etibarlı informasiya mühiti kimi formalaşdırılır. Platformanın gələcək inkişaf konsepsiyası şirkətlər, mütəxəssislər və bazar iştirakçıları üçün məlumat, əlaqə, analitika və rəqəmsal əməkdaşlıq imkanlarını bir araya gətirməyə yönəlmişdir.

Makromed tibb və əczaçılıq sahəsində peşəkar təlimlərin təşkilində də aktiv rol oynayır. Dərman qeydiyyatı, farmakonəzarət, GMP/GDP/GxP tələbləri, lisenziyalaşdırma, sənədləşmə və tənzimləyici proseslər üzrə keçirilən təlimlər şirkətlərin daxili komandalarının inkişafına, praktik biliklərin artırılmasına və bazarda daha yüksək peşəkar standartların formalaşmasına xidmət edir.

2024-cü ildən Makromed Özbəkistanda fəaliyyətini genişləndirmiş, daha sonra Hindistan filialı vasitəsilə beynəlxalq əməkdaşlıq imkanlarını gücləndirmişdir. Hindistan istiqamətində fəaliyyətimiz əczaçılıq istehsalçıları ilə əlaqələrin qurulması, GMP/GxP uyğunluğu, məhsul portfellərinin qiymətləndirilməsi və yeni bazarlara çıxış strategiyalarının dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Makromed — əczaçılıq, tibb və tənzimləyici konsaltinqdə sistemli, etibarlı və innovativ tərəfdaş.

Makromedin rəsmi əhatə dairəsi

Makromedin Fəaliyyət göstərdiyi ölkələr

Şirkətimizin tarixi

Şirkətin Tarixi: Bu illər ərzində biz daim inkişaf etmiş və özümüzü əczaçılıq sektorunda etibarlı tərəfdaş kimi təsdiq etmişik. Uğur və nəaliyyətlərimiz dəyişən müştəri ehtiyacları və dinamik səhiyyə tələbatlarına cavab vermə bacarığından irəli gəlir 2013 Təməlin qoyulması Yarandığı ildə Makromed şirkəti öz fəaliyyətinə dərman vasitələrinin qeydiyyatı istiqamətində başlamışdır 2014 Yeni xidmətlər, fəaliyyətin genişləndirilməsi Bazar Araşdırması Departamentinin yaradılması bizə yeni dərman vasitələri və əczaçılıq istehsalçılarını sistematik təhlilinə dəstək verən mühüm bir nəaliyyət oldu. Bu strateji təşəbbüs, bazarın ətraflı qiymətləndirilməsi və inkişafı üçün güclü imkanlar yaratdı. 2015 Əlavə dəyər üçün tarif qiymətlərinin təhlili Biz xidmətlərimizi genişləndirərək tarif qiymətlərinin təhlilini əhatə etdik. Bu, müştərilərimizə əlavə dəyər təqdim etməyə imkan verdi. 2018 Farmakonəzarət xidməti və keyfiyyətə nəzarət: Makromed Azərbaycanda peşəkar farmakonəzarət xidmətləri göstərən ilk şirkət olaraq tarixdə öz yerini tutmuşdur. Farmakonəzarət departamentinin təsis olunması, bazarın əczaçılıq məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayan əhəmiyyətli bir addımdır. 2019 Tibb və əczaçılıq müəssisələrinin layihələndirilməsi Bu ildən başlayaraq şirkət dərman saxlanma anbarları, apteklər, tibbi laboratoriyalar, klinikalar kimi ixtisaslaşmış tibb və əczaçılıq müəssisələrinin layihələndirilməsi işlərinə başladı. Hal-hazırda Makromed bu xidməti ilə ölkəmizdə səhiyyə infrastrukturunun inkişafına töhfə verməkdə davam edir. 2020 İstehsalat müəssisələrinin layihələndirilməsində innovasiyalar Biz istehsalat müəssisələrinin layihələndirilməsi ilə məşğul olmağa başladıq və bununla da, xidmətlərimizi daha da genişləndirdik. Əczaçılıq sənayesinin və ölkədə daxili istehsalın inkişafını dəstəkləmək məqsədilə bu sahələrdə təcrübələrimizi daim artırırıq. 2021 Tibb və əczaçılıq sahələrində təlimlər və ilk farmakonəzarət təlimi Tibb və əczaçılıq sahələrdində olan boşluqları nəzərə alaraq maarifləndirici təlimlərə başladıq. Azərbaycanda ilk dəfə ixtisaslaşmış mütəxəssislər tərəfindən farmakonəzarət təlimini təşkil etdik. Bu təşəbbüs əczaçılıq sahəsindəki peşəkarların, həmçinin də bu sahəyə yeni başlayan gənclərin bilik və bacarıqlarınıın artırılması məqsədini daşıyırdı.

2013

Təməlin qurulması

Şirkətimiz yaradıldı və əsas diqqəti dərmanların qeydiyyatına yönəldərək fəaliyyətə başladı.

2014

Bazar araşdırması vasitəsilə üfüqlərin genişləndirilməsi

Bazar araşdırması departamentimizi açdıq və bizim üçün mühüm mərhələ oldu. Bu, bazarda yeni dərmanlar və əczaçılıq istehsalçılarını təhlil etməyə imkan verdi.

2015

Əlavə dəyər üçün tarif qiymətlərinin təhlili

Xidmətlərimizi genişləndirərək tarif qiymətlərinin təhlilini əhatə etdik. Bu, müştərilərimizə əlavə dəyər təqdim etməyə imkan verdi.