• Razim Shukurov
  • 19-02-2022
  • Ödənişsiz

Tibb vasitələri- Nələri bilmək vacibdir!

Tibb vasitələri – Nələri bilmək vacibdir

(Modul-1)
Onlayn təlim – 19.02.2022 saat 11:00-12:30| 1 nəfər təlimçi, 1 nəfər moderator  1,5 saat

 

Müasir sahiyyə sistemində müxtəlif xəstəliklərin profilaktikası,  diaqnozu və müalicəsinin keyfiyyətli, təhlükəsiz, eləcə də effektiv şəkildə həyata keçirilməsində tibb vasitələri müstəsna rol oynayır. Tibb vasitələrinin davamlı təkmilləşdirilməsi,  onların insan sağlamlığının qorunması, bərpası və yaxşılaşdırılması istiqamətində tətbiqinin səmərəliliyi, sözügedən məhsullara olan tələbatı əhəmiyyətli dərəcədə artırmışdır.

Tibb və əczaçılıq sektorunda hər zaman innovativ layihələr və müxtəlif mövzularda maarifləndirici seminarlar və təlimlər təşkil edən “MAKROMED” MMC şirkəti tərəfindən bu dəfə də tibb vasitələrinə həsr edilmiş onlayn təlimin keçirilməsi planlaşdırılmışdır. Tibb vasitələrinə dair əsas anlayışlar, onların inkişaf tarixi, təsnifatı, bu sahədə mövcud beynəlxalq və yerli qanunvericilik və s. kimi mühüm məsələləri əhatə etməsi nəzərdə tutulan təlim interaktiv şəkildə təşkil olunacaq və təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcəkdir.

 

Məruzəçi: Anar Lətifov

  • “MAKROMED” MMC tibb və əczaçılıq konsaltinq şirkətinin baş direktoru və təsisçisi
  • Beynəlxalq əczaçılıq platformunun  - «www.makromedicine.com» - təsisçisi
  • Tibb və əczaçılıq  sahəsində 20 ildən çox iş təcrübəsi
  • Bir sıra aptek şəbəkəsi və marketinq şirkətinin təşkilatçısı
  • Aptek satış proqramı və marketinq idarəetmə sistemlərinin ideya müəllifi
  • Bir çox beynəlxalq sərigilər, konfranslar  təlimlərin iştrakçısı və təşkilatçısı
  • Tibb vasitələrinin rəsmiləşdirilməsi və realizasiyası üzrə ekspert

 

Məqsəd:  Tibb vasitəsi anlayışı, təsnifatı və bu sahədə mövcud qanunvericilik barədə məlumatın verilməsi.


Hədəf auditoriya:

  • Tibb və əczaçılıq müəssisələrinin əməkdaşları 
  • Tibb vasitələrinin dövriyyəsi ilə məşğul olan fiziki və hüquqi şəxslər
  • Tibb və əczaçılıq təhsili alan tələbələr

Təlim proqramı:

  • Əsas anlayışlar, terminologiya
  • Tibb vasitələrinin inkişaf tarix
  • Tibb vasitələrin beynəlxalq təsnifatı (nomenklaturası)
  • Beynəlxalq və yerli qanunvericilik
  • Tibb vasitələrinə dair müasir tələblər
  • Sual-cavab

Dil: Azərbaycan dili


İştirak qiyməti: Ödənişsiz
                                           

Təlim iştirakçılarına İştirakçı Sertifikatı təqdim ediləcəkdir.