Farmakonəzarət: əsasları və təcrübədə tətbiqi
Farmakonəzarət: əsasları və təcrübədə tətbiqi. Əczaçılıq sahəsində 10 ildən artıq fəaliyyət göstərən konsaltinq şirkəti olaraq Makromed MMC personalın bilik və bacarıqlarının artırılması, eləcə də sözügedən sahədə kadrların yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq müxtəlif mövzularda təlimlər təşkil etməkdədir. Hazırda, əczaçılıq sektorunda farmakonəzarətin önəmini və bu istiqamətdə yerli qanunvericilikdə aparılan dəyişiklikləri nəzərə olaraq farmakonəzarətə dair növbəti təlimin keçirilməsi zərurəti yaranmışdır. Mühazirələr və praktiki məşğələlərdən ibarət bu təlimdə farmakonəzarətə dair aktual nəzəri məlumatlar əldə edəcək və onların aidiyyəti üzrə gündəlik fəaliyyətinizdə tətbiqi yollarını öyrənəcəksiniz.
Təlimin hədəf auditoriyası: Həkimlər, əczaçılar, tibb və əczaçılıq üzrə təhsil alan tələbələr, əczaçılıq şirkətlərinin əməkdaşları, farmakonəzarət sahəsində çalışanlar
Qeyd:Təlim əyanidir.Bakı şəhərində keçiriləcək. Məkana dair dəqiq məlumat əlavə bildiriləcəkdir.
Təlim mövzuları:
MODUL 1:
• Farmakonəzarət haqqında ümumi məlumat
• Farmakonəzarətin inkişaf tarixi və əhəmiyyəti
• Termin və anlayışlar
MODUL 2:
Farmakonəzarətə dair beynəlxalq və yerli tələblər
• Farmakonəzarətə dair beynəlxalq tələblər
• Farmakonəzarət sahəsində milli qanunvericilik və tələblər
MODUL 3:
• Arzuolunmaz hadisələrin idarə olunması
• Arzuolunmaz hadisələr haqqında ümumi məlumat
• Əlavə təsirlər və növləri
• Bildirişlərin qəbul edilməsi, analizi və ötürülməsi qaydası