• Razim Shukurov
  • 13-03-2021
  • 25 Azn

Farmakonəzarət: Dərman vasitələrinin əlavə təsirləri və təyin edilmə metodları

(Modul-2)
Onlayn təlim – 13-03-2021 | 1 nəfər təlimçi, 1 nəfər moderator | 1.5 saat
Dərman Vasitələrinin Əlavə Təsirləri və
Təyin Edilmə Metodları

Dərman vasitələrinin istifadəsi zamanı müalicəvi effekt ilə yanaşı, bəzi hallarda əlavə arzuolunmaz təsirlər də müşahidə oluna bilər. Əczaçılıq sektorunda 10 ildən çox fəaliyyət göstərən “MAKROMED” MMC şirkəti tərəfindən keçirilməsi planlaşdırılan “Dərman vasitələrinin əlavə təsirləri və müəyyən olunma metodları” mövzusunda onlayn təlimdə ölkəmizin səhiyyə sektorunun müxtəlif sahələrində çalışan kadrlara dərmanların əlavə təsirləri, onların təsnifatı, müəyyən olunma üsulları, sözügedən sahədə mövcud beynəlxalq və yerli qanunvericilik haqqında məlumatların verilməsi nəzərdə tutulur.

Məruzəçi: Fərid Əliyev

  • Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının Alqı-satqı və Təchizat Şöbəsinin rəisi – t/x mayoru
  • “Həyat Farm” MMC-də tənzimləmə işləri üzrə menecer (2016-2018)
  • Analitik Ekspertiza Mərkəzinin direktoru (2015)
  • Analitik Ekspertiza Mərkəzinin keyfiyyətin yoxlanılması laboratoriyasının müdiri (2012-2015)
  • Analitik Ekspertiza Mərkəzinin Bioekvivalentlik sektorunun müdiri (2008-2012)
  • Analitik Ekspertiza Mərkəzinin inspektoru (2007-2008)
  • Azərbaycan Tibb Universitetinin Əczaçılıq Kimyası kafedrasının müəllimi, ə.ü.f.d. (2004-2017)
    • Milli əczaçılıq requlyator orqanında 12 ildən çox iş təcrübəsi
    • Beynəlxalq farmakopeyanın eksperti, Amerika farmakopeyasının ekspert komitəsinin üzvü
    • 30-dan çox elmi məqalənin və monoqrafiyanın müəllifi

Məqsəd: Dərman vasitələrinin əlavə təsirləri və onların təyin edilmə metodlarına dair nəzəri və praktiki məlumatların verilməsi
Hədəf auditoriya:

  • Əczaçılıq şirkətlərinin əməkdaşları 
  • Tibb müəssisələrinin əməkdaşları (həkimlər, tibb bacıları) 
  • Farmakonəzarət üzrə məsul şəxslər 
  • Əczaçılar 
  • Tibb və əczaçılıq təhsili alan tələbələr
  • İctimai Səhiyyə proqramlarının menecerləri 

Təlim proqramı:

  • Qanunvericilik
  • Əsas anlayışlar, terminologiya
  • Əlavə təsirlərin təsnifatı
  • Əlavə təsirlərin təyini metodları
  • Əlavə təsirlərin qiymətləndirilməsi

Dil: Azərbaycan dili
İştirak qiyməti: 25.00 AZN
                                           Təlim iştirakçılarına İştirakçı
Sertifikatı təqdim ediləcəkdir.