• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman Vasitələrinin Qeydiyyatı
    • BFMQƏ qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları İmmunizasiyadan sonra arzuolunmaz halların müzakirəsində iştirak ediblər

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları İmmunizasiyadan sonra arzuolunmaz halların müzakirəsində iştirak ediblər

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları İmmunizasiyadan sonra arzuolunmaz halların müzakirəsində iştirak ediblər

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları İmmunizasiyadan sonra arzuolunmaz halların müzakirəsində iştirak ediblər

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Bakıda 11-13 oktyabr 2023-cü il tarixində “İmmunizasiyadan sonra arzuolunmaz hallar (İSAH): epidemioloji müşahidə və səbəb-nəticənin qiymətləndirilməsində müasir yanaşmalar” adlı üç günlük seminar təşkil olunub.

Seminar peyvəndin təhlükəsizliyini artırmağa, ölkədaxili potensialı gücləndirməyə və immunizasiyadan sonra ciddi arzuolunmaz hallarla bağlı effektiv kommunikasiyanın təmin olunmasına əhəmiyyətli təsir göstərmək məqsədilə baş tutub.

Tədbirdə ÜST-in Avropa Ofisinin nümayəndələri – Oleq Benes və Yuriys Perevozçikovs ilə yanaşı, həmçinin onlayn formatda ABŞ, Gürcüstan və ÜST-nin Aropa Ofisinin digər ekspertləri də iştirak edib. Təbdirdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzini Farmakonəzarət şöbəsinin ekspertləri Xalisə Əkbərova və Rəfiqə İbrahimova təmsil edib. Seminarda səhiyyənin (haranın ad qeyri məlundur) müxtəlif qurumlarından 40-a yaxın mütəxəssis iştirak edib.

Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə təşkil olunan seminarda “Peyvənd təhlükəsizliyi monitorinqinin gücləndirilməsi: ÜST peyvənd təhlükəsizliyi planı 2.0 və 2030-cu ilə qədər immunlaşdırma gündəliyi”, “Məlumatların ötürülməsini və ÜST qlobal peyvənd təhlükəsizliyi məlumat bazasına girişi asanlaşdırmaq üçün alətlər: VigiMobile, VigiFlow; VigiLyze, VigiBase”, “Peyvənd təhlükəsizliyinin monitorinqi üçün normativ baza. ÜST-ün Qlobal Müqayisə Aləti (GBT)”, “Təhlükəsizlik məlumatlarının kodlaşdırılması və təhlili üçün MedDRA lüğəti”, “İSAH-ların səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi”, “Əhaliyə peyvəndlərin təhlükəsizliyinə dair risklərin və peyvəndlərin faydaları haqqında məlumatların bildirilməsi” və s.  mövzularda təqdimatlar olub. Həmçinin Xalisə Əkbərova da AEM-in Farmakonəzarət sahəsində görülən işlər və əldə olunan nəticələri əks etdirən təqdimatla çıxış edib.

Seminarın sonuncu günündə fəaliyyət planı hazırlanıb və iştirakçılara seminar materialları təqdim edilib.

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman Vasitələrinin Qeydiyyatı
  • BFMQƏ qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə