• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman vasitələrinin qeydiyyatı
    • BFMQƏ qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

“Rovatineks” dərman vasitəsinin bir seriyası geri çağırılıb Dekabr 26, 2024

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. “Rovatineks” dərman vasitəsinin bir seriyası geri çağırılıb Dekabr 26, 2024

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
“Rovatineks” dərman vasitəsinin bir seriyası geri çağırılıb Dekabr 26, 2024

“Rovatineks” dərman vasitəsinin bir seriyası geri çağırılıb Dekabr 26, 2024

“Qırxbulaq” MMC şirkətinin 20.12.2024-cü il tarixli, 3-28-1/1-29929/2024 nömrəli müraciət məktubuna əsasən, vəsiqə sahibi “Rowa Pharmaceuticals Ltd / İrlandiya” şirkəti olan “Rovatineks” ticarət adlı kapsullar №50 (5×10) alüminium folqa blisterdə, karton qutu qablaşmada, 8481C seriyalı, son istifadə tarixi 12/2025 olan dərman vasitəsində istehsalçı tərəfindən aparılan stabillik tədqiqatlarından sonra spesifikasiyadan kənar nəticələr əldə olunub: dərman vasitəsinin 36 aylıq stabillik tədqiqatları zamanı tərkibində köməkçi maddə qismində mövcud olan zeytun yağının qeyri-spesifik qoxuya malik olduğu və analiz nəticəsində peroksid ədədinin yüksəldiyi aşkar edilib. Bu keyfiyyət qüsurunun olması səbəbindən istehsalçı DV-nin Azərbaycan Respublikasında könüllü geri çağırmaq niyyətində olduğunu qeyd edib. Qeyd edilən dərman vasitəsinin geri çağırılma dərəcəsinin 3 (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “B” (son istifadəçini dərman vasitəsilə təmin edən müəssisələrə qədər (pərakəndə satış müəssisəsi, tibb müəssisəsi)) səviyyəsində müəyyən olunduğu bildirilib.

Yuxarıda qeyd edilənlərə əsasən İrlandiyanın “Rowa Pharmaceuticals LTD” istehsalçısına məxsus, “Rovatineks kapsullar №50” adlı, seriyası: 8481C seriyalı, son istifadə tarixi 12/2025 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib. Bu o deməkdir ki, yalnız  8481C seriyalı, son istifadə tarixi 12/2025 olan dərman vasitəsi geri çağırılır.

Nəzərinizə çatdırırıq ki, stabillik tədqiqatlarının aparılması dərman vasitəsinin yararlıq müddətinin tədqiq edilməsi üçün olub, adi şəraitdən fərqli temperatur və rütubət göstəriciləri olan xüsusi  stabillik kameralarında aparılır. Məktubda bildirildiyinə görə, buna rəğmən sözügedən dərman vasitəsi ilə bağlı istehsalçıya hər hansı şikayət daxil olmayıb.

 

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman vasitələrinin qeydiyyatı
  • BFMQƏ qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə