• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman vasitələrinin qeydiyyatı
    • BFMQƏ qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

Qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçib

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçib

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
Qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçib

Qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr qida təhlükəsizliyi qeydiyyatından keçib

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini rəhbər tutaraq və əhalinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkə ərazisində qida zəncirinin bütün mərhələlərində, o cümlədən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası, daşınması və digər fəaliyyətləri həyata keçirən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam etdirilir.

Qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC və "Bazarstore" MMC qida təhlükəsizliyi qeydiyyatına alınması üçün Agentliyə müraciət edib. Müraciət əsasında bu fəaliyyət sahəsi üzrə adları qeyd olunan şirkətlər müvafiq qaydada qeydiyyata alınıb. Qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstəyin verilməsi, müvafiq tələblərin mərhələli şəkildə icrasının təmin olunması və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması ilə bağlı köməklik göstəriləcək. Həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində ödənişsiz olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qeydiyyatdan keçmiş bu şirkətlərin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, qida zəncirinin bütün mərhələləri, o cümlədən qida məhsullarının daşınması və çatdırılması sahəsində fəaliyyət göstərən sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə, o cümlədən qeydiyyatdan keçməklə bağlı tələblərə əməl etmələri zəruridir. Bildirilir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatdan keçmədən fəaliyyəti qanunvericiliklə qadağandır.

Onu da bildirək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar AQTA-nın rəsmi internet saytına (www.afsa.gov.az) daxil olaraq, onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat  üçün dövlət rüsumu tələb olunmur.

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman vasitələrinin qeydiyyatı
  • BFMQƏ qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə