Noyabr ayında apteklərdə 12 planlı, 3 plandankənar yoxlama aparılıb
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 15 aptekdə yoxlama aparılıb. Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.