• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman Vasitələrinin Qeydiyyatı
    • BFMQƏ qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

“MEDICRIME Konvensiyası” – AEM beynəlxalq əməkdaşlığın yeni mərhələsində

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. “MEDICRIME Konvensiyası” – AEM beynəlxalq əməkdaşlığın yeni mərhələsində

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
“MEDICRIME Konvensiyası” – AEM beynəlxalq əməkdaşlığın yeni mərhələsində

“MEDICRIME Konvensiyası” – AEM beynəlxalq əməkdaşlığın yeni mərhələsində

Məlumdur ki, tibbi və əczaçılıq məhsullarının saxtalaşdırılması insan sağlamlığına və bütövlükdə səhiyyə sistemlərinə qlobal səviyyədə təhlükədir və daim aktualdır. Sözsüz ki, qanunvericilik sağlamlığa zərər verməyə səbəb ola biləcək bu təhlükənin aradan qaldırılması şərtlərinin tənzimlənməsində mühüm rol oynayır. Buna görə Avropa Şurasının tibbi məhsulların saxtakarlığına qarşı fəaliyyətinə dəstək olaraq, bir konvensiyanın hazırlanması və siyasi baxımdan etibarlı olması vacib idi. 
   Bu məqsədlə MEDICRIME Konvensiyası təsis edildi. MEDICRIME Konvensiyası - tibbi məhsulların saxtalaşdırılmasına və əhalinin sağlamlığına təhlükə yaradan oxşar cinayətlərə qarşı qanun sahəsində Avropa Şurası tərəfindən təsis edilən beynəlxalq hüquqi sənəddir. Konvensiyanın məqsədləri (1-ci maddədə) konvensiyada təsvir olunan fəaliyyətlərin cinayət məsuliyyətinə cəlb edilməsilə əhalinin sağlamlığının qorunması, həmin fəaliyyətlərin qurbanlarının müdafiəsi üzrə əməkdaşlığın milli və beynəlxalq səviyyədə təşviqi, eyni zamanda profilaktik tədbirlərin həyata keçirilməsidir. Konvensiya 2011, 28 oktyabr tarixində imzalanmışdır. 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. 2016-cı ilin iyul ayından etibarən konvensiya 24 ölkə tərəfindən imzalanmış, yalnız 9 ölkə (Albaniya, Rusiya, Ermənistan, Macarıstan, Belorusiay, Moldova, İspaniya, Ukrayna, Qvineya) onu təsdiq etmişdir. 
   Respublikamızın da əczaçılıq sahəsində mühüm əhəmiyyət daşıyan bu konvensiyaya qoşulması üçün addımlar atılır. Belə ki, “MEDICRIME Konvensiyası: “COVID-19” pandemiyası dövründə saxta əczaçılıq məhsulları ilə bağlı cinayətlərə qarşı beynəlxalq mübarizə vasitəsi” mövzusunda keçirilən video-konfransda Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri respublikamızı təmsil edərək müşahidəçi qismində iştirak etmişdir. Avropa Şurasına üzv ölkələr də daxil olmaqla dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların (EMEA,  İNTERPOL, CEPOL, WCO, IRACM, EFECC, OLAF və s.) 130-dan çox nümayəndələrinin qatıldığı konfransda tibb və əczaçılıq məhsullarının saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılmasında “MEDICRIME” Konvensiyasının rolu və əhəmiyyəti, o cümlədən, əhalinin sağlamlığının qorunması məqsədilə qüvvədə olan cinayət qanunvericiliyindəki boşluqların aradan qaldırılması və icra mexanizminin təkmilləşdirilməsi üsulları müzakirə olunmuşdur. 
   Gələcəkdə “MEDICRIME” Konvensiyasının Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunması saxta əczaçılıq məhsulları ilə bağlı cinayətlərə qarşı mübarizədə mühüm mərhələnin təməlini qoymuş olacaq.

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman Vasitələrinin Qeydiyyatı
  • BFMQƏ qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə