Makromed MMC Azərbaycan Tibb Universitetində tələbələr üçün təlim keçirdi.
Bu il Beynəlxalq MedSafety Week kampaniyasının 10 illik yubileyi qeyd olunur. Makromed MMC ənənəsinə sadiq qalaraq hər il olduğu kimi, bu dəfə də qlobal təşəbbüsə fəal şəkildə qoşulmuşdur.
3 noyabr – MedSafety Week-in ilk günü:
Makromed MMC Azərbaycan Tibb Universitetində gələcək əczaçılar üçün farmakonəzarət və dərman təhlükəsizliyi mövzusunda interaktiv təlim keçirib. Təlimin məqsədi gənc mütəxəssislərdə dərman təhlükəsizliyi ilə bağlı bilik və məsuliyyət hissini artırmaq, gələcəyin səhiyyə liderlərində bu sahəyə maraq yaratmaqdır.
Makromed MMC olaraq inanırıq ki, dərman təhlükəsizliyi yalnız tənzimləyici qurumların deyil, bütün səhiyyə işçilərinin ortaq məsuliyyətidir.
Dərman təhlükəsizliyi hər birimizin məsuliyyətidir!