• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman vasitələrinin qeydiyyatı
    • BFMQƏ qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

Hindistanın əczaçılıq məhsullarına dair interaktiv vebinar təşkil olundu

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Hindistanın əczaçılıq məhsullarına dair interaktiv vebinar təşkil olundu

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
Hindistanın əczaçılıq məhsullarına dair interaktiv vebinar təşkil olundu

Hindistanın əczaçılıq məhsullarına dair interaktiv vebinar təşkil olundu

Hindistanın Bakıdakı Səfirliyi 18 dekabr 2020-ci il tarixində Hindistanın ”Lupine Limited”, “Cadila Healthcare Limited”, “Glenmark Limited” və “OPES Healthcare Limited” adlı dörd əsas əczaçılıq şirkətinin iştirakı ilə Hindistanın dərman məhsulları üzrə onlayn interaktiv vebinar təşkil etdi. Vebinara Hindistanın və Azərbaycanın işgüzar nümayəndələri, o cümlədən Azərbaycanın əczaçılıq sahəsindən olan idxalçılar qatıldı.

Səfirlikdən Trend-ə bildirilib ki, Hindistanın Azərbaycandakı səfiri cənab B. Vanlalvavna vebinarda çıxış edərək Hindistan əczaçılıq şirkətlərinin dünyada tutduğu mövqeyini vurğuladı və qeyd etdi ki, Hindistan 2019-cu ildə Azərbaycana 11,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib və bu, Hindistanın ümumi əczaçılıq məhsulları ixracatının 3,9 %-ni təşkil edir. Səfir bildirdi ki, bu, sektor üzrə iki ölkə arasında mövcud potensiala əsasən daha aşağı bir göstəricidir. Azərbaycan bazarı qonşu MDB ölkələri üçün əczaçılıq məhsulları üzrə mərkəz olmaq potensialına malik olması ilə önəmli rol oynayır. Beləliklə, Hindistanın əczaçılıq şirkətlərinin Azərbaycanda əhatə dairələrini genişləndirmələri üçün böyük imkanlar mövcuddur.
 

ABŞ, Fransa, İspaniya, Braziliya və Meksikada ticarət üzrə güclü əhatə dairəsinə sahib olan və Latın Amerikası, Afrika və Orta Şərq, eləcə də Asiya Pasifikdəki fəaliyyətlərini genişləndirməkdə olan “Cadila Healthcare Limited” şirkətinin prezidenti Dr. Amrut Naik şirkət və məhsulları barədə iştirakçılara məlumat verdi. O bildirdi ki, “Zydus Cadilla” tərəfindən hazırlanan "CyCov-D" COVİD-19 vaksini klinik tədqiqatın son mərhələsindədir və 2021-ci ilin birinci rübündə satışa hazır olacaq.

165-dən çox markasız məhsul portfelinə sahib olan “Glenmark Ukraine” MMC-nin MDB üzrə biznes direktoru cənab Deepak Şarma vebinarda “Glenmark”-ı təmsil etdi və “Glenmark”-ın fəaliyyəti, şirkətin istehsal və satış imkanları, xüsusiyyətləri və həmçinin şirkət tərəfindən həyata keçirilən innovativ araşdırma və inkişafa dair fəaliyyət ilə bağlı geniş məlumat verdi.

“Lupine Limited” şirkətini təmsil edən baş menecer cənab Ram Iyer, “Lupine Limited” şirkəti və özünün xüsusi vərəm əleyhinə dərman vasitələri və ARV məhsulları üzrə portfeli ilə bağlı məlumat verdi və bu terapevtik sahədə gələcək planları barədə danışdı. “OPES Health Care Limited” şirkətinin direktoru cənab Hiteş Soni, Latın Amerikası, Avropa, ABŞ, Çin və MDB ölkələrində güclü əhatə dairəsi olan şirkəti barədə məlumat verdi. “OPES” şirkətinə məxsus 9 dərman və 7 əlavə Azərbaycanda qeydiyyatdan keçib və 21 dərman vasitəsinin qeydiyyat prosesi isə davam edir. Azərbaycandan “Makromed” şirkətinin direktoru cənab Anar Lətifov və Ülviyyə Əzməmmədova Azərbaycanın əczaçılıq bazarı, əhatə dairəsi, dövlət qaydaları və qanun haqqında qısa məlumat verdilər və Azərbaycanın dərman qiymətləri sistemini izah etdilər.

Hindistan qlobal dərman sənayesində tanınmış və sürətlə böyüyən bir gücə sahibdir. Həcminə görə qlobal tədarük üzrə 20 % paya sahib olan və dünya miqyasında vaksin tələbatının 62 faizini qarşılayan Hindistan, dünyada ticarət markası olmayan dərmanlarının ən böyük tədarükçüsüdür. Hindistan, ABŞ xaricində ən çox ABŞ Qida və Dərman Administrasiyası standartlarına uyğun əzcaçılıq zavodlarına (Aktiv Əczaçılıq Tərkibi daxil olmaqla 262-dən çox) sahib olan yeganə ölkədir. Ölkədə 10.500-dən çox istehsal müəssisəsi olan güclü şəbəkəyə sahib 3000-dən çox əzcaçılıq şirkəti mövcuddur. COVID-19 pandemiyası zamanı Hindistan 150-dən çox ölkəyə dərman tədarük edərək "Dünyanın Əczaxanı" rolunu oynadı. Hindistanın əczaçılıq sənayesi hazırda 41 milyard ABŞ dolları dəyərindədir.

Mənbə:
https://az.trend.az/azerbaijan/politics/3353260.html

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman vasitələrinin qeydiyyatı
  • BFMQƏ qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə