"Farmakonəzarətin Əsasları və Təcrübədə Tətbiqi" adlı əlim

Tibb və əczaçılıq sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə mütəmadi olaraq istər şirkət daxilində, istərsə də xarici təlimlər təşkil edən “Makromed” şirkəti tərəfindən 21 dekabr 2024-cü il tarixində “Qafqaz Baku City Hotel & Residences”-də “Farmakonəzarətin əsasları və təcrübədə tətbiqi” mövzusunda növbəti təlim keçirilmişdir.

Müxtəlif sahələrdə çalışan 30-dan çox mütəxəssisin iştirak etdiyi və interaktiv şəkildə keçirilən, farmakonəzarətin inkişaf tarixi, termin və anlayışlar, yerli və beynəlxalq tələblər, arzuolunmaz hadisələrin idarə olunması və sözügedən sahədə mövcud digər mühüm məsələlər haqqında mühazirələrin oxunduğu təlimdə nəzəri biliklərlə yanaşı həmçinin praktiki məşğələlər keçirilmişdir.

Təlimdə Makromed MMC və əsas üstünlükləri haqqında da məluьat verilib. Həmin üstünlüklərdən biri də  Farmakonəzarət sahəsində ən yüksək standartlara cavab verən unikal və müasir proqram təminatının mövcudluğudur ki, hər bir müştəri üçün ayrılmış xüsusi kabinet sistemi vasitəsilə farmakonəzarət məlumatlarının təhlükəsiz və səmərəli idarə olunmasına imkan yaradır. Nəticədə, Makromed MMC farmakonəzarət xidmətlərində yüksək standartlar müəyyən edərək fərqlənir.

Təlimin sonunda sınaq testi keçirilmiş və iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Qeyd edilənlərlə yanaşı şirkət tərəfindən təşkil edilən təlimlərin effektivliyinin daha da artırılması, eləcə də gələcək təlimlər üçün maraq doğuran mövzuların təyini istiqamətində təlim iştirakçıları ilə fikir mübadiləsi aparılmışdır.