• Bioloji fəallığa malik qida əlavələrinin nümunələrinin idxal edilməsinə dəyişiklik
  • Tibb
  • 17-11-2020
  • 319

Bioloji fəallığa malik qida əlavələrinin nümunələrinin idxal edilməsinə dəyişiklik

Bioloji fəallığa malik qida əlavələrinin nümunələrinin həqiqiliyinin təsdiq edilməsi və sonradan yaranacaq arzuolunmaz halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarını və “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Nizamnaməsinin 5.5.15-ci bəndini rəhbər tutaraq verilmiş, 27 oktyabr 2020-ci il 98 nömrəli Əmrə əsasən, Bioloji fəallığa malik qida əlavələrinin nümunələrinin idxal edilməsi məqsədilə Ərizəçilər bu Əmrə 1 nömrəli Əlavə olan müraciət məktubu ilə Analitik Ekspertiza Mərkəzinə müraciət etməlidirlər. Habelə, nümunələrin gömrük orqanlarından götürülməsi Mərkəzin müfəttişinin iştirakı ilə həyata keçirilməli və ekspertizasının həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməlidir.
                                                                                                                                                                                       Əlavə №1
                                                          Bioloji fəallığa malik qida əlavələrinin munələrinin idxalı üçün müraciət
                                                                                            məktubunun nümunəsi

 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 
“Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsininə
 
Tarix:  gün/ ay / il
 
“AAA” şirkəti ilə “BBB” Respublikasının “CCC” şirkəti arasında bağlanmış müqaviləyə əsasən alınmış nümunələrin idxalına razılıq verməyinizi sizdən xahiş edirik.
 
Qoşmalar:

  1.  “AAA” şirkəti ilə “BBB” Respublikasının “CCC” şirkəti arasında bağlanmış gün/ay/il tarixli N123 saylı müqavilənin surəti;
  2. İnvoice N15, 29.09.2015, məbləğ – surəti 2 ədəd;
  3. Qaimə.
 Müvafiq gömrük orqanının adı:_____________________
 
E-mail: nümunə@nümunə.com
Əlaqə nömrəsi: (012) – iş nömrəsi
                              mobil nömrə
 
Hüquqi şəxsin qanuni nümayəndəsinin adı və soyadı
/fiziki şəxsin adı, soyadı və ata adı                                                                (İmza,Möhür)