• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman Vasitələrinin Qeydiyyatı
    • BFMQƏ qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

AQTA Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. AQTA Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
AQTA Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

AQTA Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Yeni Zelandiyanın İlkin Sənaye Nazirliyinin nümayəndələri arasında onlayn görüş olub.

Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Yeni Zelandiyanın nümayəndələrinə ətraflı məlumat verilib. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi dövlətlərdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Bu çərçivədə Yeni Zelandiyadan heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsi üçün həmin məhsulların istehsal və emal olunduğu qida obyektləri AQTA tərəfindən təsdiq edilməlidir. Görüşdə bu məsələ ilə bağlı müzakirələr aparılıb.

Sonda Yeni Zelandiyanın səlahiyyətli dövlət qurumunun nümayədələrinin nəzərinə çatdırılıb ki, bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına 2023-cü ilin 1 avqust  tarixindən etibarən məhdudiyyət tətbiq olunacaq. Əlavə olaraq, AQTA-nın müvafiq qərarı barədə Yeni Zelandiyanın səlahiyyətli qurumuna rəsmi məktub ünvanlanıb.

Agentlik ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır.

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman Vasitələrinin Qeydiyyatı
  • BFMQƏ qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə