• Mob: +994777276006  Mob: +994777276006
  • office@makromed.az [email protected]
Makromed Logo
  • Əsas səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Şirkət strukturu
    • Qalereya
    • Əlaqə
  • Xidmətlər
    • Farmakonəzarət
    • Dərman Vasitələrinin Qeydiyyatı
    • BFMQƏ qeydiyyatı
    • Digər xidmətlər
    • Layihələndirmə
  • Məhsullar
    • Dərman vasitəsi
    • Bioloji fəallığa malik qida əlavəsi
    • Gigiyenik vasitə
    • Tibbi vasitə
    • Kosmetik vasitə
  • Farmakonəzarət
    • Onlayn bildirişlər
  • Təlimlər
  • Məlumatlar
    • Bloq
    • Xəbərlər
    • Qanunvericilik

AQTA təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

  1. Əsas səhifə
  2. Xəbərlər
  3. AQTA təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Kateqoriyalar

  • Tibb
  • Dərman
  • Maraqlı
  • Dünya
  • Azərbaycan
Makromed

Tez-tez verilən suallar bölməmizdə axtardığınız cavabları tapmamısınızsa, narahat olmayın – biz kömək etmək üçün buradayıq!

Bizimlə Əlaqə
AQTA təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

AQTA təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir.

Məlum olduğu kimi, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.

Bununla əlaqədar, Hindistanın səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına 2023-cü ilin 1 avqust  tarixindən etibarən məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.

AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir. Agentlik növbəti dəfə qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Makromed Logo White

MAKROMED MMC 2013-cü ildə Azərbaycanda təsis olunan konsaltinq şirkəti olub dünyamiqyaslı Makromedicine portalının b ...

Faydalı bağlantılar

  • Bloq
  • Xəbərlər
  • Qanunvericilik
  • Qalereya

Təlimlər

  • Aktiv təlimlər
  • Keçmiş təlimlər
  • Şirkətin strukturu
  • Farmakonəzarət

Xidmətlər

  • Farmakonəzarət
  • Dərman Vasitələrinin Qeydiyyatı
  • BFMQƏ qeydiyyatı
  • Digər xidmətlər
  • Layihələndirmə

Əlaqə

Mob: +994777276006

Mob: +994777276006 Tel/Fax: +994124098090

office@makromed.az

[email protected]

Binagadi  district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

Binagadi district ,Svetlana Mammadova 203C Baku , Azerbaijan AZ1114

©2025 Makromed.az Bütün hüquqlar qorunur !

  • Haqqımızda
  • Farmakonəzarət
  • Məhsullar
  • Əlaqə