Farmakonəzarət və Arzuolunmaz hadisələr haqqında ümumi məlumat
Tarix: 19-02-2026 Təlimçi: Nargiz Rahimova Müddəti: 1 saat Ödənişsiz
Bu təlim Makromed MMC ilə əməkdaşlıq edən tərəfdaş şirkətlərin əməkdaşları üçün nəzərdə tutulmuşdur və farmakonəzarətin əsas prinsipləri, arzuolunmaz hadisələrin (AE) müəyyən edilməsi, sənədləşdirilməsi və vaxtında bildirilməsi qaydaları barədə ümumi məlumat vermək məqsədi daşıyır.
Təlim çərçivəsində iştirakçılar dərman təhlükəsizliyi sahəsində öhdəliklər, arzuolunmaz hadisələr, səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi və məlumatların düzgün ötürülməsi prosedurları ilə tanış olurlar.