Farmakonəzarət

MAKROMED MMC  Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq
dərman preparatlarının tam farmakonəzarət xidmətini həyata keçirir, peşəkar fəaliyyət göstərərək  dərmanların risk-fayda profilini effektiv qiymətləndirir və buna uyğun etibarlı məlumatlar hazırlayır.
Farmakonəzarət – dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətdir.
Bir çox hallarda farmakonəzarət tələblərinə əməl edilməməsi dərman vasitəsinin satışına verilən icazənin dayandırılmasına və hətta “qeydiyyat vəsiqəsinin” ləğv edilməsinə səbəb ola bilər!
Farmakonəzarət xidməti mürəkkəb bir layihə olub, güvənli  idarəetmə, sistemləşdirilmiş iş, professional ünsiyyətin qurulmasını tələb edir ki,  bütün bu qeyd olunanlar Makromed şirkərinin farmakonəzarət  və tibb sahəsi üzə təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilir.
Farmakonəzarət xidmətinə aşağıdakılar aiddir:
1. Farmakonəzarət  sisteminin sıfırdan qurulması / mövcud sistemin modernləşdirilməsi
2. Dərman təhlükəsizliyi hesabatlarını almaq üçün ümumi əlaqə mərkəzi ilə bağlantı
3. Dərman təhlükəsizliyi ilə bağlı bütün hesabatların toplanması, işlənməsi, təhlili, arxivləşdirilməsi və səlahiyyətli orqanlara təqdim edilməsi
4. Dövri fayda - risk qiymətləndirmə hesabatlarının (PBRER) və dövri təhlükəsizlik -yeniləmə hesabatlarının (PSUR) hazırlanması və tənzimlənməsi
5. Farmakonəzarət qaydalarının / tövsiyələrinin monitorinqi
6. Dərman preparatlarının təhlükəsizliyi və müəyyən olunan arzuolunmaz təsirlərə dair ədəbiyyat araşdırması
7. Risklərin idarə edilməsi planının (RMP) hazırlanması və səlahiyyətli orqanlara təqdim edilməsi  
8. Farmakonəzarət sistemi master-faylın hazırlanması və tətbiqi (PSMF)